Çexiyanın paytaxtı Praqada təşkil olunan gənclərin Avropa çempionatında cüdo millimiz uğurlu çıxışı ilə diqqət çəkib. Yarışa uzun müddətdir ciddi səylə hazırlaşan idmançılarımızın əldə etdikləri nəticələrdə ürəkaçan olub. Beləki, yığmamızın mötəbər turniri 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurmağı bunu deməyə əsas verir. Vüsal Qələndərzadə, Elcan Hacıyev və Vüqar Talıbov çempion adınıq qazanıb. Turan Bayramov gümüş, İsmayıl Zamanov isə bürünc mükafata sahib olub. Həmçinin qarışıq komanda yarışlarında yığmamız çempionatın bürünc medalıına yiyələnib. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında ikinci yeri tutub. Baş məşqçisi Elxan Məmmədov nəticələri yüksək qiymətləndirir.
Qeyd edək ki, gələn ay Özbəksitanda böyüklər arasında dünya çempionatı təşkil olunacaq. Dəfələrlə beynəlxalq areanalarda bayrağımızı zirvələrə qaldıran dünya çempionumuz Elxan Məmmədov gənclərin ardınca əasas millinin üzvlərin də uğurlu nticə qazanacağına ümid edir.
Xatırladaq ki, Daşkəndə keçiriləcək Dünya çempionatında 8 kişi və 2 qadın cüdoçumuz mübarizə aparacaq. Fərdi yarışlar oktyabrın 6-dan 12-dək davam edəcək. Komanda turniri isə oktyabrın 13-də keçiriləcək.