Azərbaycanlı məşqçi Nazim Süleymanov isə fəaliyyətini Rusiyada davam etdirəcək.

Süleymanov Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki” klubunun 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunub. O, artıq “Ximki”nin düşərgəsindədir. Nazim Süleymanov əvvəllər “Xəzər Lənkəran”, “Neftçi”, “Olimpik Şüvəlan”, “Sumqayıt” kimi komandaların baş məşqçisi olub.