Basketbol üzrə Avropa çempionatında A və B qrupunun oyunları başa çatıb. A qrupun son turunda Türkiyə ilə İspaniya milliləri qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə Piriney təmsilçiləri qalib gəliblər. 72:69 Matçın ən məhsuldar oyunçusu 20 xal toplayan Türkiyə yığmasının üzvü Cedi Osman olub.
Qrupun digər oyununda Belçika komandası Bolqarıstan seçməsini 89:80 hesabıyla məğlub edib. Monteneqro millisinə 73:81 hesabıyla məğlub olan Gürcüstan yığması pley-offdan kənarda qalıb. Beləliklə də, qrupu 9 xalla başa vuran İspaniya millisi və hərəyə 8 xal toplayan Türkiyə, Monteneqro və Belçika seçmələri 1/8 finalda mübarizə aparacaq.
B qrupunda keçirilən Fransa – Sloveniya görüşü kifayət qədər maraqlı alınıb. “Dallas Maveriks”in ulduzu Luka Donçiçin 47 xal və 7 ribaundla yadda qaldığı oyunda son Avropa çempionu qrup mərhələsini lider kimi başa vurub: Sloveniya –Fransa 88-82.
Qrupun digər prinisipial görüşündə Litva yığması Bosniya və Herseqovina millisidən 87:70 hesabı ilə üstün olub. Bu nəticə ilə Bosniya və Herseqovina basketbolçuları pley-offa vəsiqə qazanıblar. Almaniya komandası Macarıstan basketbolçularını 106:71 hesabıyla darmadağın edib. Beləliklə də, hərəyə 9 xal toplayan Sloveniya və Almaniya ilə yanaşı 8 xalı olan Fransa və 7 xala malik Litva milliləri mübarizəni pley-offda davam etdirəcək.