Formula 1 üzrə yeni mövsümün təqviminin ilk variantı məlum olub.
Avropa mətbuatının məlumatına görə, 2023-cü ildə çempionat martın 5-də Bəhreynq Qran-prisi ilə start götürəcək. 2 həftə sonra Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki avtodrom qapılarını pilotların üzünə açacaq. Yarışın 3-cü mərhələsi aprelin 2-də Avstraliyada keçiriləcək. 1 həftə sonra Çin 4 illik fasilədən sonra yarışa ev sahibliyi edə bilər. Azərbaycan Qran-prisinin təşkili isə aprelin 30-na planlaşdırılır. Mövsümün 24-cü, yəni sonuncu yarışının isə noyabrın 26-da Əbu-Dəbidə yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, yeni təqvimi mövsümün sonlarına yaxın Beynəlxalq Avtoidman Federasiyasının Şurası təsdiqləməlidir.