Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində “Grand Chess Tour” seriyasının həlledici yarışı davam edir.

Qrosmeysterimiz Şəhriyar Məmmədyarov 4-cü turda Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin norveçli dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Qeyd edək ki, Karlsen karyerasında ilk dəfədir ki, yarışın gedişində mübarizə aparmaqdan imtina edir. Onun bu turnirdəki bütün nəticələri ləğv olunacaq və Karlsenlə qarşılaşmalar nəzərə alınmayacaq. Qeyd edək ki, əvvəlki 3 turda 3 dəfə heç-heçə edən Şəhriyar Məmmədyarovun aktivində 1 xal var. Turnirə 2 xal yarımla amerikalı Uesli So liderlik edir. Əlavə edək ki, Sentyabrın 12-dək davam edəcək Sinkfild kuboku turnirinin ümumi mükafat fondu 350 min dollardır. Qalib qrosmeyster 100 min dollar əldə edəcək.