Bakıda karateçilərin premyer liqa yarışı yekunlaşıb.
Heydər Əliyev adına idman nə konsert kompleksində keçirilən turnir komandamızın üzvləri üçün olduqca uğurlu alınıb. Kişilərdən Əminağa Quliyev 60 kq çəkidə qızıl mükafat uğrunda qarşılaşmada misirli Kərim Abueitə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. ən ağır çəkidə isə Asiman Qurbanlı həlledici görüşdə misirli digər karateçi Taha Mahmuda qalib gələrək qızıl medala yiyələnib. Qadınlardan isə 68 kq-da bacarığını göstərən İrina Zaretska finalda italiyalı Silvio Semerarodan üstün olaraq premyer liqada çempionluq sevinci yaşayıb. Daha 3 karateçimiz isə bürünc mükafat əldə edib. Tural ağalarzadə 67, Turqut Həsənov 84 kq-da, Murad Hacızadə isə ən ağır çəkidə bürünc medal qazanıb. Beləliklə Azərbaycan komandası karateçilərin premyer liqa yarışını 3-ü qızıl, 3-ü bürünc olmaqla ümumən 6 medalla başa vurublar. Bu, seçməmizin ən uğurlu nəticəsi kimi tarixə düşüb.