Bakıda Karate1 Premyer Liqa turniri start götürüb.
İlk olaraq qadın idmançılar fərdi kata mübarizəsində bacarıqlarını nümayiş etdirirlər. Qeyd edək ki, Azərbaycan həmin növdə təmsil olunmur. Bu gün həmçinin kişi karateçilərin kumite yarışları da keçiriləcək. Turnriin ilk günündə 8 təmsilçimiz mübarizəyə qoşulacaq. 60 kq çəki dərəcəsində Sultan Hüseynovla Əminağa Quliyev, 67 kqda Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənov, 75 kqda Fərid Ağayev tatamiyə çıxacaq. Qadınlardan isə İnci Əzizova və Mədinə Sadiqova qüvvəsini sınayacaq. Qeyd edək ki, Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb.