Çexiyanın paytaxtı Praqada qadın şahmatçıların Avropa çempionatı yekunlaşıb.
Qitə yarışının sonuncu 11-ci turunda titul uğrunda mübarizə aparan şahmatçılarımızdan Günay Məmmədzadə polşalı rəqibilə sülh bağlayaraq gümüş medalın sahibi olub. O, ali mükafata yiyələnən polşalı Monika Sotskodan yarım xal geri qalıb. Millimizin digər nümayəndəsi Ülviyyə Fətəliyeva isə sonuncu turda Gülnar Məmmədovanı məğlub edərək Avropa çempionatının bürünc mükafatına yiyələnib. Bu, seçməmizin üzvləri üçün tarixi nəticədir. Qeyd edək ki, indiyədək heç bir qadın şahmatçımız Avropa çempionatının fərdi yarışında mükafatçılar sırasına daxil ola bilməmişdi.