İtaliya A seriyasında 4-cü tura start verilib. Bu mövsüm çempionlyuğa iddialı kollektivlərdən sayılan “İnter” klubu “Kremoneze” ilə qarşılaşıb. Oyuna gözlənildiyi kimi meydan sahibləri sürətli başlayıblar və bunun məntiqi nəticəsi olaraq 12-ci dəqiqədə Xoakin Korrea ilə hesab açılıb. İlk hissənin sonlarına yaxın “İnter”in heyətində Nokolo Barella fərqi iki topa yüksəltib. 76-cı dəqiqədə Simone İnzagenin yetirmələri üçüncü dəfə rəqibi mərkəzə dəvət ediblər. Bu dəfə Lautaro Martines hədəfi dəqiq nişan alıb. Qonaqlar buraxılan toplardan yalnız birinin əvəzini çıxa biliblər. David Okerekenin qolu təsəllidən başqa heç bir işə yaramayıb: “İnter” – “Kremoneze” 3:1
Günün digər qarşılaşmasında daha bir iddialı kollektiv “Roma” “Montsa”nı qəbul edib. Əsasən meydan sahiblərinin hücumları şəraitində keçən qarşılaşmada hesab 18-ci dəqiqədə açılıb. “Roma”nın yeni transferi Paulo Dibala ötürməni qolla tamamlayıb. 32-ci dəqiqədə Dibala dubl edib. Qarşılaşmada son nöqtəni Rocer İbanyes qoyub: “Roma” – “Montsa” 3:0
“Saussolo” və “Milan” görüşündə isə azarkeşlər qolsuz bərabərliyə şahidlik ediblər. “Milan”ın gözlənilmədən xal itirdiyi oyun gərginliyi ilə diqqət çəkib. Hərçənd ki, meydan sahibləri 23-cü dəqiqədə fərqlənmək imkanı əldə ediblər. Hakim qonaqların qapısına penalti təyin etsə də, Domeniko Berardi əlinə düşən fürəsti boşa verib. Matçın geri qalan dəqiqələrində isə tərəflərin cəhtlərinə baxmayaraq hesab açılmayıb: “Sassuolo” – “Milan” 0:0