Qadın şahmatçıların Avropa çempionatında 9-cu tur arxada qalıb.
Yarışda uğurlu çıxışı ilə seçilən qrosmeysterimiz Günay Məmmədzadə erməni Mariya Gevorqyanla qarşılaşmada da qələbə qazanaraq etimadı doğruldub. Republikamızın digər nümayəndəsi Ülviyyə Fətəliyeva isə lideri büdərib. O, polşalı Monika Sotsko ilə xalı yarı bölüb. Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva da 9-cu turda heç-heçə edib. Millimizin üzvlərindən yalnız Ləman Hacıyeva uduzub. Hazırda ümumi cədvələ 7 xal yarımla Moniko Sotsko başçılıq edir. Liderdən yarım xal geri qalan Günay Məmmədzadə 2-cidir.