Şəhriyar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Sent Luis şəhərində təşkil olunan  "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəni davam edtirir. Qrossmeystrimiz növbəti 3 görüşünü keçirib. 

Əvvəlvə 7-ci turda ameriakı Cefferi Şonqa qalib gələn Məmmədyarov daha sonra Fabiano Karuananı məğlub edib. 9-cu turda  da şahın çıxışı uğurlu alınıb. Şəhriyar bu dəfə digər amerikaı Leyner Dominqesdən üstün olub. Bu nəticələrdən sonra xallarının sayını 9-a çatdırtan    Məmmədyarov 5-ci pillədə qərarlaşıb. Qrossmeystrimizi liderlər qrupundan 2 xal ayırır.  10 şahmatçının qatıldığı turnirdə iştirakçılar avqustun 28-dək rapid növündə mübarizə aparıblar.  Bu gün və sabah isə blits növündə oyunlar olacaq.  Mükafat fondu 175 min dollar olan "Grand Chess Tour"un 4-cü mərhələsi avqustun 30-da yekunlaşacaq.