Şəhriyar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Sent Luis şəhərində təşkil olunan "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəni davam edtirir. Qrossmeystrimiz növbəti 3 görüşünü keçirib.
Əvvəlvə 7-ci turda ameriakı Cefferi Şonqa qalib gələn Məmmədyarov daha sonra Fabiano Karuananı məğlub edib. 9-cu turda da şahın çıxışı uğurlu alınıb. Şəhriyar bu dəfə digər amerikaı Leyner Dominqesdən üstün olub. Bu nəticələrdən sonra xallarının sayını 9-a çatdırtan Məmmədyarov 5-ci pillədə qərarlaşıb. Qrossmeystrimizi liderlər qrupundan 2 xal ayırır. 10 şahmatçının qatıldığı turnirdə iştirakçılar avqustun 28-dək rapid növündə mübarizə aparıblar. Bu gün və sabah isə blits növündə oyunlar olacaq. Mükafat fondu 175 min dollar olan "Grand Chess Tour"un 4-cü mərhələsi avqustun 30-da yekunlaşacaq.