Yeniyetmə cüdoçulardan ibarət yığmamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən dünya birinciliyində final görüşünə çıxıb.
Əvvəlcə meydan sahibləri ilə görüşdə qələbə qazanan komandamız 1/4 finalda Kanada seçməsindən üstün olub. Ukrayna yığması ilə yarımfinal görüşündə əsas hissə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Nizami İmranov rəqibini ipponla məğlub edərək, komandamızı finala aparıb. Həlledici qarşılaşmada cüdoçularımız fransalı rəqibləri ilə üz-üzə gəlib. Gərgin keçən mübarizədə 3:3 hesasabı qeydə alınıb. Həlledici görüşün hansı çəki dərəcəsində olacağı isə püşkatma ilə müəyyən edilib. Püşkatmada qarşılaşmanın 63 kqda olmasına qərar verilsə də, bu çəkidəki cüdoçumuz Fidan Əlizadə zədəli olduğundan tatamiyə çıxa bilməyib. Belə olan halda qələbə Fransa yığmasına verilib. Bununla da komandamız gümüş medalla kifayətlənib. Xatırlaaq ki, şəxsi yarışlarda təmsilçilərimizdən Şahin Oruczadə gümüş, Nizami İmranov və Aydan Vəliyeva isə bürünc mükafata sahib olmuşdu.