UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. İngiltərənin “Vest Hem” komandası səfərdə Danimarkanın “Viborq” klubu ilə qarşılaşıb. İlk görüşdə 3-1 qalib gələn Vest Hem cavab oyununda da diqtə edən tərəf olub. Hesab isə 22-ci dəqiqədə açılıb. Canluka Skamakka fərqlənib. Hücumlarının kəsərini artıran qonaqlar 51-ci dəqiqədə Səid Benraxma ilə üstünlüyü iki topa çatdırıblar. Qarşılaşmada son nöqtəni isə Tomaş Souçek qoyub: “Viborq” – “Vest Hem” 0:3
Günün digər matçında Belçikanın “Antverpen” və Türkiyənin “Başakşehir” kollektivləri üz-üzə gəlib. İlk görüşdə 1:1 hesablı bərabərliyə razılaşan tərəflərin cavab qarşılaşması bol qollu keçib. Oyuna sürətli hücumlarla başlayan qonaqlar 8-ci dəqiqədə istəklərinə çatıblar. Berkay Özcan diqqət mərkəzinə düşüb. 56-cı dəqiqədə hakim kobudluğa görə “Başakşehir”in qapısına penalti təyin edib. Topa yaxınlaşan Maykl Frey isə əlinə düşən fürsəti boşa verməyib. Lakin meydan sahiblərinin sevinci çox çəkməyib. 2 dəqiqə sonra Stefano Okaka fərqlənməklə komandasını yenidən hesabda irəli çıxarıb. Oyunun sonlarına yaxın Daniel Aleksiç mübarizəyə nöqtə qoyub: “Antverpen” - “Başakşəhər” 1:4.
Xorvatiyanın “Hayduk” və İspaniyanın “Vilyareal klublarının görüşündə isə sevinən tərəf pirineylilər olublar. İlk görüşdə 4:2 hesabı qalib gələn “sarı sualtı qayıq” cavab matçında da oyuna uğurla çıxış edib. 37-ci dəqiqədə Alfonso Saq ehsabı açlb. İkinci hissənin əvəəlində isə Samuel Çukvueze fərqlənib: “Hayduk” – “Vilyarreal” 0:2.