Praqada qadın şahmatçıların Avropa çempionatında 6-cü tur başa çatıb.

Bu tur millimizin liderlərdən olan Günay Məmmədzadə qələbə qazanıb. O, italiyalı Mariya Brunelloya qalib gəlib. Digər  qrossmeystrlərimiz heç-heçə razılaşıblar.  Ləman Hacıyeva komanda yoldaşı Gövhər Beydullayeva ilə xalı yarı bölüb. Ülviyyə Fətəliyeva ukraynalı Anna Uşenina ilə, Gülnar Məmmədova polşalı Aleksandra Malçevskaya ilə, Xanım Balacayeva isə niderlandlı Maçel Van Forestlə, Səbinə İbrahimova isə Çexiya təmsilçisi Olqa Dvorakova ilə “sülh” bağlayıb. 6 turdan sonra hesabında 5 xalı olan Günay Məmmədzadə ikinci pillədə qərarlaşıb. O, lider polşalı Soçko Monikadan yarım xal geri qalır.  Gülnar Məmmədova 6-cı, Ülviyyə fətəliyeva isə 7-ci yerdədir.  İsveçrə sistemi üzrə keçirilən qitə çempionatına avqustun 31-də yekun vurulacaq.