Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçuların dünya birinciliyində  yığmamız daha iki medal qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov yarımfinala kimi namla irəliləyib. Cüdoçumuz bu mərhələdə rəqibi ilə bacarmasa da, mübarizəni mükafatla başa vurmağa nail olub. O, bürünc medal uğrunda fransalı Dayyan Bulemtafeslə qarşılaşıb. İmranov vaza-ari fəndi ilə qalib gələrək bürünc mükafata yiyələnib. Qızlrın yarışında da komandamızın üzvü fərqlənib. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan  Aydan Vəliyeva də bürünc mükafat qazanıb. O, həlledicii görüşdə macarıstanlı Luka Veqi məğlub edib. Bununla da Azərbaycan komandasının dünya birinciluyində qazandığı mükafatların sayı 3-ə çatıb. Xatırladaq ki, yarışların ilk günü 55 kq-da Şahin Oruczadə gümüş medala sahib olmuşdu.