Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçuların dünya birinciliyində yığmamızın üvü Şahin Oruczadə uğurla çıxış edib.
55 kq çəki dərəcəsində yarışan cüdoçumuz finala kimi inamla irəliləyib. Oruczadə ilk görüşündə ermənistanlı Vahe Aqasyanı, daha sonra ardınca Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Ail Mehdiyə qalib gəlib. Finala gedən yolda cüdoçumuz gürcüstanlı Saba Sabaşvilini məğluub edib. Şahin qızıl medal uğrunda fransalı Zakariya Diyolla üz-üzə gəlib. Rəqibinə cərimə xalları ilə uduzan olan Oruczadə gümüş medalla kifayətlənib. 50 kqda qüvvəsini sınayan Məhəmməd Məmişov yarımfinalda macarıstanlı Sebastyen Kollarla bacarmayıb. O, bürünc medal görüşündə isə amerikalı David Leyvaya ipponla uduzaraq, 5-ci yeri tutub.