Praqada qadın şahmatçıların Avropa çempionatında 4-cü tur başa çatıb.
Millimizin liderlərindən olan Günay Məmmədzadə 3 ardıcıl qələbədən sonra heç-heçə edib. O, polşalı Yolanta Zavadskanın müqavimətini qıra bilməyib. Gülnar Məmmədovanın da rəqibi polşalı şahmatçı olub. Qrossmeystrimiz Alisiya Sliviçkanı məğlub edib. Bundan başqa Ləman HaCıyeva israilli Dina Belenkayaya, Ülviyyə Fətəliyeva ukraynalı Anastasiya Raxmanqulovaya, Gövhər Beydullayeva isə yunanıstanlı Yekaterina Pavliduya qalib gəlib. Komandamızın digər üzvləri Xanım Balacayeva və Səbinə İbrahimova rəqibləri ilə xalı yarı bölüb. 4 turdan sonra Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 3 xal yarımla liderlər qrupunda qərarlaşıb. Şahmaçılarımız digər rəqibləri ilə birlikdə 1-8-ci yerləri bölüşürlər.