Türkiyə çempionatında 3-cü tura 3 oyunla yekun vurulub.

Ən diqqət çəkən qarşılaşmalardan birində “Fənərbaxça” “Adana Demirspor” komandaları üz-üzə gəlib. Matça yaxşı başlayan meydan sahibləri 20-ci dəqiqədə penalti yerinə yetirmək hüququ əldə ediblər. Enner Valensiya fürsəti əldən verməyib. İlk hissənin sonuna yaxın Valensiya özünün və komandasının ikinci qolunu vurub. Fasilədən sonra Mixa Zays qonaqları üçüncü dəfə mərkəzə dəvət edib. Maraqlı mübarizə şəraitində keçən matçın 56-cı dəqiqəsində hakim bu dəfə “Fənərbağça”nın qapısına penalti təyin edib. Yunis Belhanda qapını dəqiq nişan alıb. 66-cı dəqiqədə Adananın yeni transferi Artem Dzyuba fərqi daha da  azaldıb. Lakin qonaqların bundan artığına gücləri çatmaypıb. 82-ci dəqiqədə Yaroslav Rakitski qırmızı vərəqəylə cəzalanıb. Oyunda son nöqtəni isə İstanbul klubunun yeni transferi Ezcan Alioski qoyub: “Fənərbağça” – “Adana Dəmirspor” 4:2

Günün digər matçlarında “İstanbulspor”  – “Konyaspor”a 0:4 hesabı ilə məğlub olub. “Sivasspor” – “Alanyaspor”  görüşündə isə heç-heçə qeydə alınıb - 1:1.