Praqada qadın şahmatçıların Avropa çempionatında ikinci tur başa çatıb.
Millimizin liderlərindən olan Günay Məmmədzadə növbəti qələbəsini qazanıb. Qrossmeystrimiz bu dəfə almaniyalı Sara Pappı məğlub edib. Ülviyyə Fətəliyeva də uğurlu çıxışını davam edtirir. O, ikinci turda Almaniya yığmasının digər üzvü Fiona Ziverdən üstün olub. Gülnar Məmmədova isə Polşa təmsilçisi Aleksandra Laça qalib gəlib. Komandanın üzvlərindən Xanım Balacayeva, Gövhər Beydullayeva və Səbinə İbrahimova rəqibləri ilə bacarmayıblar. Ləman Hacıyeva isə heç-heçə edib. İki turdan sonra Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva maksimum nəticə ilə liderlər qrupunda qərarlaşıb. İsveçrə sistemi üzrə keçirilən qitə çempionatı avqustun 31-dək davam edəcək.