Azərbaycan gimnastı Zöhrə Ağamirova İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanıb.
İdmançımız fərqi proqramda çıxış edib. Ağamirova gürzlə və lentlə hərəkətlərdə daha uğurla çıxış edib. O, hər iki hərəkətdə islamiadanın çempionu olub. Zöhrə halqa ilə hərəkətlərdə isə 2-ci yeri tutub. Millimizin lideri daha bir mükafata topla hərəkətlərdə sahib olub. Hakimər gimnastımızın çıxışını bürünc medala layiq görüblər. Qrup hərəkətləri komandamız da fərqlənib. Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Ləman Əlimuradova, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət qrup komandası üç lent və iki topla hərəkətlərdə qızıl medal qazanıb. Yığmamız beş halqa ilə hərəkətlərdə isə gümüş medal əldə edib