Bu gün Azərbaycan komandası İslamiadada daha 8 idman növündə təmsil olunacaq.

Atletlərimiz stend atıcılığı, taekvondo, ağırlıqqaldırma, güləş, atletika üzrə turnirlərdə çıxış edəcəklər. Futbolçularımız Mərakeş seçməsi, qadın voleybolçularımız isə Kamerun komandası ilə üz-üzə gələcəklər. Hər 2 görüş saat 14:00də başlanacaq. Saat 16:00-da isə kişi həndbolçularımızı İran kollektivi ilə matç gözləyir.