Fransa çempionu “Pari Sen-Jermen” Renatu Sançeşin transferini həll edib.

Paytaxt klubu portuqaliyalı yarımmüdafiəçi üçün “Lill”ə bonuslar daxil 13 milyon avro ödəyəcək. Parislilər Renatu Sançeşlə 5 illik müqavilə imzalayıblar. 24 yaşlı futbolçunun “Roma”ya icarəyə verilən Vaynaldumun yerinə komandaya cəlb olunduğu bildirilir.