Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

35 yaşlı qrossmeyster 10-cu turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. Rəcəbov turnir cədvəlinin liderinə qarşı qara fiqurlarla oynayacaq. Hesabında 5 xalı olan Teymur hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.