UFC-nin ötən ilin yekunlarına həsr olunan maliyyə hesabatı açıqlanıb. Dünyanın ən nüfuzlu qaydasız döyüşçülərinin mübarizə apardığı liqa növbəti dəfə ili yüksək gəlirlərlə yekunlarşıdır. 2021-ci ildə təşkilatın ümumi qazancı 1,02 milyard dollara bərabər olub. Ümumilikdə 2005-ci ildən bəri UFC-nin ümumi gəliri 21 faiz artıb. Ötən il bu liqanın döyüşlərində gücünü sınayan döyüşçülər isə 178,8 milyon dollar qonorar əldə edib. Bu isə ümumi gəlirin 17,5 faizi deməkdir. UFC-nin gəlirlərinin son bir ildə artımının əsas səbəbi isə artıq azarkeşlərin arenalara buraxılmasına görədir. Koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra ötən il yarışlar demək olar ki, dolu tribunalar önündə keçib.