Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 17 yaşadək güləşçilərin Avropa birinciliyi  başlanır.

İlk olaraq mübarizəyə yunan –Roma güləşçiləri qoşulacaq.  Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edəcək.  Qitə birinciliyinin növbəti günündə sərbəst və qadın güləşçilər qüvvələrini sınaycaqlar.