Slovakiyada mini-futbol üzrə Avropa çempionatında ¼ final mərhələsi yekunlaşıb.
Tunrinidə uğurla çıxış edən futbolçularımız meydan sahibləri ilə üz-üzə gəliblər. Gərgin keçən görüşün ilk hissəsində hesab açılmayıb. 2-ci hissədə də eyni ssenari davam edib. Görüşün sonunda Slovakiya millisinin qapısına penalti təyin edilib. Elvin Əlizadə fürsəti qaçırmayıb. Qarşılaşmanın sonunda komandamızın heyətində Vüsal İsayevin qırmızı vərəqə ilə cəzalandırılması diqqət çəkib. Amma sayca azlıqda qalmalarına baxmayaraq futbolçularımız minimal hesablı üstünlüyü sona kimi qoruyaraq oyunu qələbə ilə başa vurublar. Bununla da komandamız tarixində ilk dəfə Avropa çempionatının yarımfinalına yüksəlib. Seçməmiz finala gedən yolda Qazaxıstan kollektivi ilə üz-üzə gələcək.