Bu gün futbol üzrə milli komandamız UEFA Millətlər Liqasında 3-cü oyununa çıxacaq. Seçməmiz Bakıda Slovakiya yığması ilə üz-üzə gələcək.
Xatırladaq ki, futbolçularımız ilk oyununda Qazaxıstanda yerli kollektivə uduzublar. Serbiyadakı 2-ci matçda isə Belarus seçməsi ilə qolsuz heç-heçə ediblər. Doğma arenada keçiriləcək görüşdən əvvəl millimizin baş məşqçisi Canni de Byazi qarşılaşma ilə bağlı açıqlamalar verib: "Əvvəlki matçlarda rəqiblərdən üstün oynadıq və keyfiyyətli oyun sərgilədik. Qol vura bilmədiyimizə görə üzülürük. Bizi ağır qarşılaşma gözləyir. Slovakiya seçməsinin qrupun favoriti olduğunu əvvəlcədən bilirdik. Onların Qazaxıstan komadasına məğlubiyyəti bizim üçün gözlənilməz oldu. Oyunlarını təhlil etmişik, futbolçularımıza da bunları izah etmişik. Ola bilsin ki, Qazaxıstan yığmasıyla görüşdəki nəticəyə görə baş məşqçiləri dəyişilib. Həmin qarşılaşmaya baxmışıq, çoxlu qol imkanları oldu, lakin dəyərləndirə bilmədilər. Ümid edirəm ki, biz də yaxşı çıxış edəcəyik və qələbə qazancağıq"
Slovakiya millisinin baş məşqçi vəzifələrini icarə edən Samuel Slovak da media nümayəndələrinin önünə çıxıb: "Rəqibə hörmətlə yanaşırıq. yaxşı müdafiə olunan və topla rəftar etməyi bacaran komandadır. Onlar texniki cəhətdən də yaxşıdırlar. Bizdə isə baş məşqçi istifası olub. Bu, asan vəziyyət deyil. Amma peşəkarıq, mövcud vəziyyəti idarə etməliyik. Oyuna köklənməli, özümüzə inanmalı və qarşımıza qoyulan məqsədə doğru irəliləməliyik".
Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-də başlanacaq.