Mini-futbol üzrə Avropa çempionatında çıxış edən futbolçularımız növbəti oyununu keçirib.
B qrupunda mübarizə aparan seçməmiz İspaniya yığması ilə üz-üzə gəlib. Hesabı milli komandamız açıb. 10-cu dəqiqədə Mirmehdi Rzayevin dəqiq zərbəsi toru silkələyib. Çox keçmədən futbolçularımız fərq yaradıblar. Vüsal İsayev rəqibi ikinci dəfə mərkəzə dəvət edib. 40-cı dəqiqədə pireneylilər buraxılan toplardan birinin əvəzini çıxıb. Alexandro Qarsia Lopez dəqiq oynayıb. 3 dəqiqə sonra təmsilçilərimiz 3-cü qolu vurublar. Rəvan Kərimov yenidən fərq yaradıb. Yığmamız qalan vaxt ərzində daha 2 qol vuraraq İspaniya yığmasını darmadağın edib. Əvvəlcə 48-ci dəqiqədə Asif Zeynalov, 2 dəqiqə sonra isə Seymur Məmmədov fərqlənərək komandamıza 3 xal qazandırıblar. İspaniya – Azərbaycan 1:5. Bununla da, qrupda ilk xallarını qazanan futbolçularımız 3 xalla ikinci pillədədirlər. 6 xalı olan Rumıniya liderdir.