Dünya çempionatına Avropa qitəsindən gedəcək sonuncu komandanın da adı məlum olub.
Kardifdə keçirilən həlledici görüşdə yerli Uels millis Ukrayna seçməsini qəbul edib. Bundan əvvəlki qarşılaşmada şotlandiyalıları mübarizədən kənarlaşdıran ukraynalılar bu dəfə Britaniyada məğlub olublar. Hesab 1-ci hissənin sonunda açılıb. Qaret beylin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Andrey Yarmolenkaya dəyən top qapıdan keçib. Fasilədən sonra təflərin səyləri bir nəticə verməyib. Beləliklə minimal hesabla qalib gələn uels millisi 64 İLLİK fasilədən sonra mundiala vəsiqə qazanıb. Komanda sonuncu dəfə 1958-ci ildə İsveçdə təşkil olunan dünya çempionatında iştirak edib. Bu ilin noyabrında Qətərdə start götürəcək dünya çempionatında Uels yığması B qrupunda İngiltərə, İran və Amerika Birləşmiş Ştatları komandası ilə mübarizə aparacaq.