Millətlər Liqasının B divizionunun  4-cü qrupunda İsveç seçməsi doğma meydanda Norveç millisi ilə üz-üzə gəlib.

Oyunda hesabı qonaqlar açıblar. Erlinq Haland diqqət mərkəzinə düşüb. 69-cu dəqiqədə norveçli hücumçu dublunu rəsmiləşdirib. Oyuna əlavə olunmuş dəqiqələrdə Antoni Elanqa İsveç yığmasının təsəlli qolunu vurub. Beləliklə norveç futbolçuları isveçdən 2:1 hesablı qələbə ilə qayıdıblar. Qrupun növbəti görüşündə Serbiya millisi Sloveniya seçməsini qəbul edib. Əvvəlcə Aleksandr Mitroviç meydan sahiblərini önə keçirib. 30-cu dəqiqədə Petar Stoyanoviç tarazlığı bərpa edib. Lakin 2-ci yarıda serbiyalıların üstünlüyü qeydə alınıb. 56-cı dəqiqədə Serqey Milinkoviç Saviç komandasının 2-ci qolunu vurub. Görüşün sonlarında isə Luka Yoviç və Nemanya Radoniç fərqlənərək Serbiya millisinə 4-1 hesablı qələbə qazandırıb. 2 turdan sonra Norveç seçməsi maksimum nəticəylə 2-ci qrupa başçılıq edir. Serbiya və İsveç komandalarının hesabında 3 xal var. Hər  2 oyunda məğlub olan Sloveniya yığması isə autseyderdir. Növbəti turda Norveç – Sloveniya, İsveç – Serbiya matçları olacaq.