Bu gün futbol üzrə milli komandamız UEFA Millətlər Liqasında 2-ci oyununa çıxacaq. Komandamız Serbiyada Belarus yığması ilə üz-üzə gələcək.
Hər iki komanda ilk oyununda məğlub olduğundan bu matçın əhəmiyyəti daha da artır. Millimiz Astanda Qazaxıstan yığmasına 0:2, Belarus futbolçuları isə slovakiyalılara minimal hesabla uduzublar. Komandamızın baş məşqçisi Canni de Byazi qarşılaşma ilə bağlı açıqlamalar verib: "Futbolda ən vacib olan nəticədir. Qazaxıstandakı görüşdə qol imkanlarımız oldu. Amma fürsətləri dəyərləndirə bilmirsənsə, qalib gələ bilmərsən. Təəssüf ki, biz də məğlub olduq. Belarus komandasını Slovakiya yığması ilə oyunlarından əvvəl təhlil eləmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Təxminən bizimlə eyni səviyyədədirlər. Uca Boy futbolçuları standart vəziyyətdən təhlükəli ola bilərlər. Amma Bilirəm ki, komandamızın da yaxşı keyfiyyətləri var”.
Qeyd edək ki, Belarus – Azərbaycan oyunu Seriyanın Novi Sad şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanır.