UEFA Millətlər Liqasında mübarizə davam edir. A Divizionunun 2-ci qrupunda İspaniya millisi doğma meydanda Portuqaliya seçməsi ilə qarşılaşıb. Oyuna meydan sahibləri daha fəal başlayıblar. 25-ci dəqiqədə Alvaro Morata fərqlənib. Qonaqlar yalnız görüşün sonlarında hesaba tarazlıq gətiriblər. Rikardu Orta diqqət mərkəzinə düşüb. Matç 1:1 hesabilə yekunlaşıb.

Qrupun digər matçında Çexiya yığması azarkeşləri önündə İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşmada hesab erkən açılıb. Yan Kuxta meydan sahiblərini önə keçirib. Hissənin sonlarında Noa Okafor hesabı bərabərləşdirib. 58-ci dəqiqədə İsveçrə millisinin heyətində Cibril Sou avtoqol müəllifi olub. Çexiya – İsveçrə 2-1 Bu nəticələrdən sonra Çexiya seçməsi 3 xalla 2-ci qrupa başçılıq edir.Portuqaliya və İspaniya milliləri 1 xalla müvafiq olaraq 2-ci, 3-cü pillələri bölüşürlər. İsveçrə komandası isə hələlik autsayderdir.