ATP seriyalı Rolan Qarros turnirində ilk yarımfinalçılar müəyyənləşib. 1/4 finalda reytinq cədvəlinin bir nömrəsi Novak Cokoviç gözlənilmədən uğursuzluqla üzləşib. Serbiyalı raketka ustası ispaniyalı Rafael Nadal ilə üz-üzə gəlib. İlk setdə Nadal Cokoviçin irəli keçməsinə mane olub. 6:2. Növbəti hissədə Novak hesabı bərabərləşdirib. 6:4. Sonradan təşəbbüsü ələ alan Rafael Nadal 4 saat 22 dəqiqə davam edən mübarizənin yekununda tay brekdə önə keçərək yarımfinala adlayıb. Almaniyalı Aleksandr Zverev isə ispaniyalı Karlos Alkaras ilə qarşılaşıb. İlk iki setdə Zverev fərq yaradıb. 6:4, 6:4. 3-cü hissədə irəli keçən Alkaras ümidləri artırıb. 6:4. Qalib tay-brekdə müəyyənləşib. Rəqibindən daha güclü olan Aleksandr Zverev Karlos Alkarası mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. O, finala gedən yolda digər ispaniyalı tennisçi Rafael Nadal ilə görüşəcək.