1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Gələcəyimiz olan uşaqlar hər zaman diqqət və qayğı ilə əhatələnməlidir. Bu mənada xüsusi qayğıya ehtiyacı olan azyaşlıların müdafiəsi, təhsili, sağlamlığı, bir sözlə, onların cəmiyyətə inteqrasiyası çox önəmlidir. Əməkdaşlarımız autizmli uşaqlarla görüşüb, onların idmana olan marağını öyrənib.
Autizm fərqlilikdir. Bu sindromdan əziyyət çəkən azyaşlıların sağlam həyata cəlb olunması, onların digər yaşıdlarından geri qalmaması olduqca vacibdir.
dmanla məşğul olmaq autizmli uşaqların həm fiziki, həm də əqli inkişafı üçün əvəzsiz vasitədir. Ölkəmizdə də bu azyaşlılıların reabilitasiyası üçün müxtəlif idman klubları fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən birində onlar digər yaşıdları ilə birgə müxtəlif gimnastika hərəkətlərini icra edirlər.
Azərbaycan dövləti xüsusi qayğıya ehtiyacı olan insanları hər zaman diqqətdə saxlayır, onların sağlamlığı, cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın Autizm mərkəzlərində bu sindromdan əziyyət çəkən uşaqların reabilitasiyası ilə məşğul olunur. Xüsusi idman klublarında uşaqlarla idmanın müxtəlif növlərində məşğələlər keçirilir.
Autizmli uşaqlar burada müxtəlif idman hərəkətlərini edə, oyunlar oynaya, eləcə də yeni dostlar tapa bilirlər. Peşəkar məşqçilərin nəzarətində olan uşaqlara ünsiyyət və davranış qaydaları öyrədilir, onların sosial mühitə uyğunlaşmaqlarına yardım edilir. Bu mənada ailə də valideynlərin rolu da böyükdür.