Finlandiyada xokkey üzrə dünya çempionatı başa çatıb.
Həlledici görüşdə ardıcıl 3-cü dəfə Finlandiya ilə Kanada milliləri üz-üzə gəlib. 2019-cu ildə bu komandalar arasında keçirilən görüşdə avropalılar, 2 il sonra isə şimali amerikalılar qalib gəlmişdi. 2020-ci ildə pandemiya səbəbindən mundial təşkil olunmamışdı. Bu il Pekində keçirilən Qış Olimpiya oyunlarında tarixində ilk dəfə qızıl medal qazanan Finlandiya millisi əla əhval-ruhiyyə ilə doğma publika qarşısında növbəti uğurunu əldə etdi. Hərçənd, kanadalılar finlərə asan təslim olmayıb. İlk hissədə hesab açılmasada, fasilədən sonra şimali amerikalılar bu çempionatda ilk dəfə finləri azlıqda qalarkən qol buraxmağa məcbur edib. Fasilədən sonra “Suomi” əvvəlcə meydanda 3 sahə oyunçusu ilə qalan rəqibini məyus edib. Bir dəqiqə sonra finlər artıq hesabda önə keçib. Matçın sonlarında Kanada yığması Finlandiya seçməsinin qapısına iki dəfə yol taparaq oyunun taleyini əlavə vaxta daşıyıb. Overtaymda Manninenin azlıqda qalan kanadalalıların qapısına yol tapıb: Finlandiya – Kanada 4:3. Beləliklə də, Finlandiya seçməsi tarixində 4-cü dəfə dünya çempionu olub. 3-cü yer uğrunda görüşdə isə Çexiya yığması Amerika Birləşmiş Ştatları komandasını məğlub edərək bürünc medallara sahib çıxıb.