Tennisçilərin “Böyük Dəbilqə” seriyasından “Rolan Qarros” yarışında 2-ci mərhələ keçirilir.
Dünya reytinqinin lideri Novak Cokoviç slovakiyalı Aleks Molçanı gözlənildiyi kimi 3 setdə məğlubiyyətə uğradıb. İlk 2 hissədə 6:2 və 6:3 hesabları qeydə alınıb. Serbiyalı raketka ustası həlledici bölümdə tay-brekdə uğur qazanaraq 1/16 finala çıxıb. Cokoviç bu mərhələdə sloveniyalı Alyaj Bedene ilə görüşəcək.
Reytinq cədvəlinin 5-cisi Rafael Nadal da gözlənildiyi kimi qalib gəlib. O, fransalı Korenten Mutedən üstün olub. Nadal setləri 6:3, 6:1, 6:4 hesabları ilə irəlidə tamamlayaraq ümumi qələbəni təmin edib. İspaniyalı raketka ustası 1/16 finalda Botik Van De Zandshlyuplə üz-üzə gələcək.