Finlandiyada xokkey üzrə dünya çempionatının qrup mərhələsi başa çatıb.

A qrupunda sonuncu oyun günündə ¼ finalçıların adlarına aydınlq gəlib. Bu tura qədər İsveçrə və Kanada milliləri pley-offa vəsiqəni təmin etmişdisə, sıraya Almaniya və Slovakiya yığmaları da qoşulub. Hərçənd son turda almanlar isveçrəlilərə 3:4 hesabı ilə məğlub olsa da, Slovakiya seçməsinin Danimarka komandasını 7:1 hesabı ilə darmadağın etməsi olnarın işinə yarayıb. Bu qələbə sayəsində slovakiya seçməsi də adını ¼ finala yazdırıb. Heç bir əhəmiyyət kəsb etməyən oyunda Kanada millisi də Fransa yığmasını 7:1 hesabı ilə darmadağın edib. Beləliklə də, İsveçrə seçməsi 20 xalla qrupu lider kimi başa vurub. Almaniya 16 xalla 2-ci, 15 xal toplayan Kanada 3-cü, hesabında 12 xal olan Slovakiya komandası isə 4-cü yerin sahibi kimi pley-offa yüksəlib

B qrupunda isə Finlandiya, İsveç və Çexiya millilərinin arxasınca Amerika Birləşmiş Ştatlarının yığması da ¼ finala adlayıb. Son turda amerikalılar Norveç seçməsini 4:2 hesabı ilə məğlub ediblər. Qrupu lider başa vurmaq istəyən Finlandiya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edib. İsveç komandası isə Latviya yığmasını mionimal hesabla məğlub edib.  Beləliklə də Finlandiya yığması qrupu 19 xalla lider kimi başa vurub. İsveç 18, Çexiya və amerika milliləri 13 xalla pley-offa yüksəlib. 1/4 finalda azarkeşlər Çexiya – Almaniya, İsveç – Kanada, İsveçrə - Amerika Birləşmiş Ştatları və Finlandiya – Slovakiya görüşlərini izləyəcəklər.