Güllə atıclığı üzrə millimizin lider Ruslan Lunyov İspaniyanın Qranada şəhərində 2022-ci ilin ilk Qran Prisində uğurla çıxış edib.
İdmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanıb. Ruslan 26 ən güclü atıcı arasında fərqlənməyi bacarıb. Qranada Qran Pri-si mayın 29-dək davam edəcək. Qeyd eək ki, Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparır.