Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

Türkiyə mətbuatının məlumatına görə millimizin üzvü Amin Seydiyevlə superliqa təmsilçisi “Hatayspor” yaxından maraqlanır.  Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Amin Seydiyev 2020-ci ildə “Sabah”a keçib. O, bu mövsüm “Sabah”ın heyətində 28 matçda meydanda olub. Müdafiəçi bu görüşlərdə 1 qol vurub, 2 assist edib.