Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turniri davam edir.
Dairəvi sistemlə təşkil olunan yarışın 6-cı turunda Şəhriyar Məmmədyarov ağ fiqurlarla oynayan fransalı Alireza Firuzca ilə üz-üzə gəlib. Tərəflər 96-cı gedişdə sülhə razılaşıblar. Bu, Məmmədyarovun turnirdə 4-cü heç-heçəsidir. Şəhriyar 1-ci turda amerikalı Uesli Soya, 5-ci turda isə Fabiano Karuanaya məğlub olub. Qrossmeysrtimiz 2, 4 və 4-cü turlarda müvafiq olaraq macarıstanlı Rixard Rapport, fransalı Maksim Vaşye-Laqrav və rumıniyalı Boqdan Danyel-Dayakla ilə xalı yarı bölüb. Bu nəticələrdən sonra şahmatçıçız 1 xal yarımla sonuncu - 10-cu pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov 7-ci turda FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. Qrossmeysrtimiz qara fiqurlarla mübarizə aparacaq. Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min dollarıdır. Xatırladaq ki, ötən ilki "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olmuşdu.