ATP seriyalı Madrid turnirində 1/8 final mərhələsinə yekun vurulub. Böyük Britaniyalı Kemeron Nori ispaniyalı Karlos Alkarasla qarşılaşıb. İlk setdə ispaniyalı tennisçi 6:4 hesabilə üstün olub. İkinci hissədə isə tay-breyk oynanılıb. Burada daha uğurla çıxış edən britaniyalı tarazlığı bərpa edib. Həlledici setdə Karlos Alkaras 6:3 hesablı qələbə qazanaraq ¼ finala adlayıb.
Mərhələnin digər görüşündə Rafael Nadal belçikalı Devid Qoffinlə üz-üzə gəlib. 3 saat 13 dəqiqə davam edən bu qarşılaşmanın İlk setində ispaniyalı raketka ustası üstünlük əldə etsə də ikinci set Devid Qoffinin qələbəsi ilə yekunlaşıb. 7-5 3-cü set daha gərgin keçib. Rəqibin müqavimətini tay-breykdə qıran Rafael Nadal ¼ finala yüksəlib. Onun bu mərhələdəki rəqibi həmvətəni Karlos Alkaras olacaq.