Konfrans Liqasının yarımfinalında “Lester” doğma arenada “Roma”nı qəbul edib. 15-ci dəqiqədə Lorentso Pelleqrini fərqlənməklə qonaq azarkeşləri sevindirib. Amma fasilədən sonra Canluka Mançininin avtoqolu “Lester”i məğlubiyyətdən xilas edib - 1:1.
“Feyenord” – “Marsel” qarşılaşması isə məhsuldarlığı ilə diqqət çəkib. 20 dəqiqəyə kimi meydan sahibləri 2 qol vurublar. Siril Dessers və Luis Sinisterra qapını dəqiq nişan alıb. Amma ruhdan düşməyən qonaqlar növbəti 20 dəqiqə ərzində hesabı bərabərləşdiriblər. Əvvəlcə Bamba Dyenq topu qapıdan keçirib. Jerson Santos da Silva isə tarazlığı bərpa edib – 2:2. Amma 2-ci hissə başlayan kimi meydan sahibləri hesabda önə keçiblər. Siril Dessers “Feyenoord”un qələbə qolunu vurub 3:2. Qeyd edək ki, Konfrans Liqasında cavab oyunları mayın 5-də olacaq.