Formula 1 pilotlarının bu mövsümə olan məvacibi açıqlanıb.
Böyük Britaniyanın mətbuatının tərtib etdiyi siyahıya “Red Bull” və “Mersedes” pilotları başçılıq edir. Ötən il dünya çempionu olan Maks Ferstappenlə, 7 qat dünya çempionu Lüis Hemilton hərəyə 40 milyon funt-sterlinq məvacib alır. Maraqlıdır ki, bu iki pilotun qazancından daha artığına digər pilotlar sahib çıxır. Belə ki, 3-cü pillədə qərarlaşan “Alpin” pilotu Fernando Alonsonun illik gəliri 15 milyon funtsterlinqdirr. Bu mövsüm Mühəndislər Kubokuna başçılıq edən “Ferrari” pilotlarına isə heç də çox pul ödəmir. Təsadüfi deyil ki, bu siyahıda 7-ci yerdə qərarlaşan Şarl Lekler 9, 8-ci yeri tutan Karlos Sayns 7 milyon funt sterlinq maaş alır. Bu mənada Lüis Hemiltonun “Mersedes”dəki komanda yoldaşı Corc Rasseli də fərqləndirmək olar. Şəxsi birincilikdə Hemiltondan öndə olan Corc Rassell 4 milyon funt sterlinq qazancla 13-cü sırada qərarlaşıb. Siyahıda sonuncu yeri isə tarixdə ilk dəfə Çini Formula 1-də təmsil edən pilot tutur. “Alfa Tauri” sürücüsü Yuki Tsunoda isə ilə təxminən 365 min funt sterlinq qazanır.