Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.
25 yaşlı futbolçu Zaqreb “Dinamo”sunun son matçında xəsarət alıb. Xorvatiya çempionatının XXXII turunda “Qoritsa” ilə matçın 75-ci dəqiqəsində çiynindən zədələnərək sıradan çıxan forvard bir müddət komandadan ayrı qalacaq. Həmyerlimiz həm sabah Kiyev “Dinamo”su ilə yoldaşlıq görüşünü, həm də mayın 1-də “Lokomotiv”lə çempionat matçını buraxmalı olacaq. Emrelinin zədəsi ciddi olmasa da, müayinəsinə artıq başlanılıb. Onun yaşıl meydanlara dönməsi bərpa prosesindən asılı olacaq.