Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Turnirdə ölkəmizi 11 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 2-si isə qadın cüdoçudur.

Kişilərin mübarizəsində 60 kq-da Balabəy Ağayev, Əhməd Yusifov, 66 kq-da Yaşar Nəcəfov, İbrahim Əliyev, 73 kq-da Hidayət Heydərov, Rüstəm Orucov 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Elmar Qasımov, Ən ağır çəkidə isə Uşangi Kokauri qüvvəsini sınayacaq. Qadınlardan isə Şəfəq Həmidova və Ramilə Əliyeva 48 kq üzrə mübarizədə yarışacaq.

Qeyd edək ki, aprelin 29-da başlayacaq Avropa çempionatı mayın 1-dək davam edəcək.