"Şamaxı"da çıxış edən, müqavilə ilə "Neftçi"yə məxsus olan Rəhman Hacıyev yeni mövsümə yeni komandada başlaya bilər. 

Yarımmüdafiəçiyə bir çox klub maraq göstərir. Hacıyev Türkiyə 1-ci liqasında çıxış edən "Boluspor"la yanaşı bir neçə komandanın transfer siyahısında yer alıb. Xarici klublarla yanaşı Azərbaycan Premyer Liqasında yarışan klublar da yarımmüdadfiəçini heyətində görmək istəyir.  Onların arasında "Qəbələ" və "Sabah"ın da adı var. Futbolçunun karyerası ilə bağlı məsələ yayda dəqiqləşəcək.