Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib. 51 kq çəkidə çıxış edən idmançımız Amin Məmmədzadə irlandiya və ermənistan təmsilçilərini mübarizədən kənarlaşdırandan sonra yarımfinalda gürcüstan boksçusu ilə üz-üzə gəlib. Təəssüf ki, Məmmədzadə uduzaraq bürünc medalla kifayətlənib.
48 kq-da mübarizə aparan Kənan Babayev isə Türkiyə, Gürcüstan və İrlandiya atletlərinə gücünü göstərərək finala çıxıb. Babayev qızıl medal uğrunda döyüşdə polşalı idmançı ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycan yığması 3 illik fasilədən sonra gənc boksçuların Avropa birinciliyində həlledici görüşdə təmsil olunacaq.