Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya Birinci Liqasında XXXI turun rəmzi komandasında yer alıb.

25 yaşlı hücumçunun "Dinamo Zaqreb"in heyətində evdə "İstra"ya qarşı keçirilmiş matçdakı (3:0) çıxışı 7,7 xalla qiymətləndirilib.

Onunla yanaşı, komanda yoldaşı Mislav Orşiç də ən yaxşı "11-liy"ə düşüb.

Qeyd edək ki, Mahir Emreli "İstra" ilə görüşün 50-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atıb.