İdmançılarımız müstəqil Azərbaycanın vətəndaşları kimi uzun illərdir ki, ölkəmizin şərəfini uca tutur, nüfuzlu yarışlarda böyük uğurlar qazanırlar. 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz idman sahəsində nailiyyətlərimizi yeni müstəviyə çıxardı. İdmançılarımız qalib ölkənin vətəndaşı kimi zirvələri fəth etməyə başladılar.

Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi: “Heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz”.  Dahi şəxsiyyətin  bu ifadələri öz təsdiqini tapdı. İdmançılarımızın  beynəlxalq arenalarda uğurlu çıxışı, eləcə də nüfuzlu yarışların ölkəmizdə təşkili bu ifadənin əhəmiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan olimpiya hərəkatının ən fəal üzvü kimi tanınıb, dünya idmanının ayrılmaz bir parçasına çevrilib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İİlham Əliyev dəfələrlə qeyd edib ki, idmançılarımızın qazandığı uğurların təməlində, əsas təkanverici stimul Vətən sevgisi, xalqa olan bağlılıqdır.

Doğrudan da mənəvi saflıq idman sahəsində uğura yol açır. Dünyaya gəldiyimiz  ilk gündən doğma vətənimizi, bizə həyat verən doğma anamızla eyni tutur, torpağımızın hər qarışını qorumaq üçün bütün fədakarlıqlara hazır olduğumuzu deyirik. Müstəqil Azərbaycanın qəhrəman oğulları şücaətlərini təkcə sözdə deyil, əməldə göstərdilər. Atletlərimiz də qazandıqları yüksək naliyyətlərlə, üçrəngli bayrağımızı zirvələrdə  ucaltmaqla həm də vətənə olan məhəbbətlərini nümayiş etdirirlər.

Bu gün idmançılarımız qalib xalqın təmsilçiləri kimi yarış meydanlarına çıxırılar.  Bəzən təxribatlarla qarşılaşdıqda belə  ləyaqətlə, idman prinsiplərinə uyğun  mübarizə aparırlar. Çünki vətənpərvər olmağıızla yanaşı, mənəvi  əxlaqi dəyərlərə daim böyük önəm veririk.

İdman sağlam cəmiyyətin formalaşmasında vacib amillərdəndir. Bu gün vətənini sevən hər bir idmançımız həm də qalib ordumuzun bir əsgəridir. Tam əmənliklə demək olar ki, Azərbaycan atleti yarış meydanlarında parlaq qələbələri ilə bundan sonra da bayrağımızı zirvələrə qaldıracaq.

İdman sağlam cəmiyyətin formalaşmasında vacib amillərdəndir. Bu gün vətənini sevən hər bir idmançımız həm də qalib ordumuzun bir əsgəridir. Tam əmənliklə demək olar ki, Azərbaycan atleti yarış meydanlarında parlaq qələbələri ilə bundan sonra da bayrağımızı zirvələrə qaldıracaq.